Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING backend

Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir.

 

Trend xəbər verir ki, bu barədə Niderlandın ING bank qrupunun hesabatında deyilir.

 

"Xarici siyasətin davam edən normallaşması, o cümlədən Azərbaycandan yanacaq tədarükünün bu yaxınlarda başlaması bazar əhval-ruhiyyəsini dəstəkləyir. Biz Ermənistanın 2026-cı il üçün makroiqtisadi proqnozunu müsbət qiymətləndiririk. Geosiyasi mühitin yaxşılaşması və milli valyutanın sabitliyi 2026-cı ildə inflyasiya dinamikası üçün əlverişli şərait yaradır", - hesabatda qeyd edilir.

 

Xatırladaq ki, 21 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında vurğulayıb ki, Azərbaycan işğal dövründən mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb və bu marşrut üzrə ilk tranzit yükü Qazaxıstanın Ermənistana göndərdiyi taxıl partiyası olub.