Azərbaycanda ən çox maaşı onlar alır

Azərbaycanda ən çox maaşı onlar alır backend

Azərbaycanda ən çox əmək haqqı verilən sahələr açıqlanıb.

Qaziler.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.

Əmək haqqı neft-qaz sektorunda 3869 manat, qeyri neft-qaz sektorunda 1037,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1066,2 manat, özəl müəssisələrdə isə 1111,7 manat olub.

Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb - ayda 4 277,7 manat, ən aşağı əmək haqqı isə qeyri-dövlət sektorunda sosial təminat sahəsində qeydə alınıb - ayda 630,9 manat.