“Qaradağ” yatağındakı 483 nömrəli quyuda qazma işləri başa çatdırılıb.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən VIIA horizonta qazılmış quyudan yaz-yay mövsümündə qazvurma məqsədilə istifadə olunacaq.483 nömrəli quyuya sutkalıq 100 000 kubmetr qaz vurulacağı nəzərdə tutulur.