Nyu-York Ticarət Birjasında (NYMEX) 2026-cı ilin aprel ayı üçün platin füçerslərinin qiyməti rekord səviyyəyə çatıb.
Qaziler.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:24-ə olan məlumata görə, platin füçerslərinin qiyməti 4.86% artaraq, trua unsiyası üçün 2 702.1 dollara çatıb.
Saat 15:35-ə qədər platin füçerslərinin qiyməti trua unsiyası üçün 2 711.8 dollar (+5.23%) olub.
Məlumata görə, 2026-cı ilin əvvəlindən bəri qiymətli metalın qiyməti 24.49% artıb.



