Qızılın qiyməti ucuzlaşıb

Qızılın qiyməti ucuzlaşıb backend

Qlobal ticarətlə bağlı müsbət xəbərlər fonunda qızılın qiyməti aşağı düşüb.

Qaziler.az xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Nyu-Yorkun "Comex" birjasında qızılın fevral fyuçersinin qiyməti əvvəlki bağlanışa nisbətən 29,75 ABŞ dolları və ya 0,61 % azalaraq bir troya unsiyası üçün 4 807,21 ABŞ dolları olub.

Gümüşün mart fyuçersinin qiyməti isə 1,12 % artaraq bir unsiya üçün 93,71 ABŞ dollarına yüksəlib.

Qızıl bazarı dünya ticarəti ilə bağlı vəziyyəti izləyir və müsbət irəliləyişlər olduqda investorların etibarlı aktiv kimi qızıla tələbatı azalır.