Maaşların verilmə müddəti dəyişdirildi

Maaşların verilmə müddəti dəyişdirildi backend

Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.

Qaziler.az Bakupost.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli idi. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq verilməli idi.

Qanuna əsasən, əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq maaş iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.