İran rialının dəyəri sıfıra düşdü

İran rialının dəyəri  sıfıra düşdü backend

İranın milli valyutası rialın dollar və avro qarşısında dəyəri faktiki olaraq "0.00" səviyyəsinə enib.

Məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.

Məlumatda deyilir ki, iqtisadi böhran ölkə daxilində sosial gərginliyi daha da artırıb. Rialın sürətlə dəyər itirməsi 2025-ci il dekabr 28-dən etibarən fasiləsiz davam edən etiraz aksiyalarını daha da alovlandırıb. Nümayişlər zamanı yüzlərlə insan həyatını itirib, minlərlə vətəndaş isə saxlanılıb.

Nəşr xəbər verir ki, valyutanın rekord səviyyədə ucuzlaşması ilə paralel olaraq inflyasiya sürətlə yüksəlib, ərzaq və əsas istehlak mallarının qiymətləri kəskin artıb. Yaşayış xərclərinin dözülməz həddə çatması əhalinin əsas narazılıq səbəblərindən birinə çevrilib.

Oxu.az