Dünya Bankının "Business Ready (B-READY) 2025" hesabatında Azərbaycan kommunal xidmətlər sahəsi, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə ilə qiymətləndirilib.
"APA-Economics" xəbər verir ki, hesabatda Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb (31.05 xal ilə 5-ci yer).
Eyni zamanda, tənzimləyici keyfiyyət (30.83 xal ilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29.17 xal ilə 27-ci yer) üzrə də ölkə ilk 30-luqda yer alıb.
Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05 xal ilə 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb.
Qeyd edək ki, kommunal xidmətlər sahəsində ölkəyə ən çox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.
"Business Ready" qiymətləndirməsi dövlət xidmətlərinin keyfiyyəti, tənzimləmə mühiti və əməliyyat effektivliyini ölçən beynəlxalq metodologiyaya əsaslanır və 2025-ci il hesabatında 101 ölkəni əhatə edir.



