"Rusiyada İslam bankı yaradıla bilər, bu məsələ müzakirə olunur".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov Kazanda İslam Maliyyə İnstitutları üçün Mühasibat və Audit Təşkilatının (AAOIFI) İslam maliyyəsinin inkişafı üzrə nümayəndəlik mərkəzinin açılışına həsr olunmuş dəyirmi masada bildirib.
İslam bankçılığı təcrübəsi Rusiyada 1 sentyabr 2023-cü ildə başlayıb və iki il davam etməsi düşünülüb. Bu maliyyələşdirmə növü faiz gəlirlərinin olmaması, həddindən artıq riskə qadağa qoyulması və müəyyən sektorlara investisiya qoyulması ilə xarakterizə olunur.
QAZİLER.AZ



