Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək

Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək backend

Dövlət Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi hazırlanıb,

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib, Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

İclasın gündəliyində Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.