Bakılılar dəniz kənarına qərənfil düzür - FOTOLAR

Bakılılar dəniz kənarına qərənfil düzür - FOTOLAR backend

Bu gün saat 12:00-da Günəşli yatağında yanğın nəticəsində itkin düşən 29 neftçinin əziz xatirəsini anmaq üçün Bulvar ərazisində dənizə qərənfillər atılacaq. Axar.az xəbər verir ki, bu barədə artıq sosial şəbəkələrdə “Hərəyə bir qərənfil ataq” adlı kampaniya başladılaraq çağırış edilib. Çağırışda deyilir:

“Ürəyi bizimlə olan hər kəs yanımızda ola bilər. Bulvar qərənfilini dənizə atıb, dünyasını dəyişən həmvətənlərimizi yad etmək üçün münasibdir.



Saat qülləsi başlanma nöqtəmizdir. Ancaq kimin marşurutu hansı istiqamətə yaxındırsa, elə oradan da qərənfilini ata bilər”.


***

Günəşli yatağında yanğın nəticəsində itkin düşən 29 neftçinin əziz xatirəsini anmaq üçün Bulvar ərazisində “Hərəyə bir qərənfil ataq” kampaniyası başlayıb.
Diaspora