Hazırda Azərbaycanın ümumilikdə su anbarlarının ehtiyatı 25 milyon kubmetr təşkil edir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, il ərzində yağan yağışlar və mövsümi proseslər su ehtiyatlarının formalaşmasına müəyyən təsir göstərir.
"Yağıntıların miqdarı və paylanması anbarlara daxil olan suyun həcminə birbaşa təsir edən amillərdən biridir. Eyni zamanda təbii-iqlim şəraiti, temperatur dəyişimi və ekoloji faktorlar da su ehtiyatlarının mövcudluğunda rol oynayır. Bu amillərin təsiri nəticəsində su anbarlarında ehtiyat səviyyəsi il ərzində artan və azalan dinamikaya malik olur. Hazırkı mərhələdə mövcud su ehtiyatları qənaətbəxş hesab edilir",- deyə qurumdan əlavə edilib.



