Böyük Britaniya hökuməti malikanələrə və taksilərə vergi tətbiq edəcək.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Reyçel Rivz İcmalar Palatasına (parlamentin aşağı palatası) büdcə çıxışı zamanı bildirib.
Nazir izah edib ki, təşəbbüs çərçivəsində dəyəri 2 milyon funt sterlinqdən (təxminən 4 milyon 500 min) çox olan əmlak sahibləri 2500 funt sterlinq (təxminən 6 min azn) vergi ödəməli olacaqlar. Vergi əmlakın dəyərindən asılı olaraq artacaq.
Nazirin sözlərinə görə, dəyəri 5 milyon funt sterlinq (təxminən 12 milyon manat) olan evə vergi 7500 funt sterlinq (təxminən 17 kin azn) olacaq. Vergi hər il ödəniləcək. Büdcə Məsuliyyəti Ofisinin məlumatına görə, bu tədbir büdcəyə 400 milyon funt sterlinq (təxminən 900 milyon azn) vəsait toplamağa imkan verəcək.
Daha sonra, Rivz taksi səfərlərinə də vergi tətbiq olunduğunu elan edib. Rüsum “Uber” və “Bolt” tətbiqləri vasitəsilə təqdim olunan xidmətlərə tətbiq olunacaq.
QAZİLER.AZ



