OPEK sutkalıq neft hasilatı üzrə kvotanı artırıb.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, təşkilatın Vyanada keçirilən 168-ci iclasında sutkalıq neft hasilatının 31,5 milyon barelədək artırılması haqqında qərar qəbul edilib.Bu kvotada təşkilata üzv qəbul ediləcək İndoneziya nəzərə alınmayıb.
OPEK-in bu qərarından sonra Londonun LSE birjasında neftin bir barelinin qiyməti 1,5 dollar azalıb.
Xatırladaq ki, bundan əvvəlki kvota 30 milyon barel idi.