Xocalıda yüksək gərginlikli stansiya və transformator məntəqəsinin tikintisinə başlanılır

Xocalıda yüksək gərginlikli stansiya və transformator məntəqəsinin tikintisinə başlanılır backend

Xocalı rayonunun inzibati ərazisində yüksək gərginlik stansiya və transformator məntəqəsi tikiləcək.

Qaziler.az-ın trend-ə istinadən məlumatına görə, artıq bununla bağlı layihələndirilmə işlərinə başlanılır.

Belə ki, "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) sözügedən işlərin layihələndirilməsini “RYS Enerji Layihə” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə uyğun olaraq, şirkətə 34 min manat ödənilib.

Bu işlərdən əlavə, Xocalı rayonunun inzibati ərazisində tikintisi nəzərdə tutulan Radio-Televiziya Yayım Stansiyasının bina və qülləsinin mühəndis bölmələrinə müvafiq əlavələrin edilməsi, eləcə də stansiyanın bina və qülləsinin yerləşəcəyi əraziyə yaxınlaşma yolunun layihələndirilməsi işləri də aparılacaq.

"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu işlərlə bağlı da artıq müvafiq işlərə yekun vurub. MMC qeyd edilən işlərin icrasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bakı Dövlət Layihə İnstitutu”na həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, instituta ümumilikdə 94,5 min manat ödənilib.