“Qazaxıstan Rusiyanı əvəz edə və AB-yə əsas qaz tədarükçüsü ola bilməyəcək”.
Qaziler.az xəbər verir ki, bu barədə energetika üzrə ekspert İqor Yuşkov “NEWS.ru”ya Finlandiya Prezidenti Aleksandr Stubbın Astananın AB-yə alternativ karbohidrogen tədarükçüsü kimi çıxışını şərh edərkən bildirib. Ekspert qeyd edib ki, respublika hazırda artan daxili istehlak səbəbindən Avropa ölkələrinə qaz ixracını azaldır.
“Qazaxıstan artıq əsas enerji ehtiyatlarını Avropaya tədarük edir. O, Avropaya tədarükü artıra bilmir. Əksinə, qaza gəldikdə, Qazaxıstan hazırda ixracı azaldır, çünki daxili istehlakı artır, istehsal isə sabit qalır. Bu o deməkdir ki, Qazaxıstan daha az ixrac edə bilər və artıq “Qazprom”la ölkəsinə tədarükü artırmaq üçün danışıqlar aparır. Yaxın illərdə bunlar əsasən mövsümi tədarüklər olacaq - qış mövsümündə istilik istehlak yaydakından xeyli yüksək olduğu zaman”, - Yuşkov izah edib.
Enerji üzrə ekspert vurğulayıb ki, Özbəkistan da qaz ixracını azaldıb və Rusiyadan alır. Onun sözlərinə Qazaxıstan isə artıq enerjisinin hamısını Çinə ixrac edir.
“Buna görə də Avropada Qazaxıstan qazı olmayacaq və əslində heç vaxt olmayıb. Astana hazırda artıq qazını, əsasən yayda Çinə satır. O, AB-yə qaz tədarükü baxımından Rusiyanı əvəz edə bilməz”, - Yuşkov vurğulayıb.
QAZİLER.AZ



