İŞİD rus casusunun başını kəsdi

İŞİD rus casusunun başını kəsdi backend

İŞİD rus casusunu edam edib. APA TV-nin "RBK"ya istinadən məlumatına görə, terror qruplaşmasının cəlladı onun başını kəsib. Terrorçular edamdan əvvəl sorğu-sualı görüntüləyən video da yayıblar. Edam İŞİD-in Suriya ərazisində özünə paytaxt elan etdiyi Rəqqa şəhərində icra edilib.

Edam edilən şəxs İŞİD-in tərkibində ötən ildən Suriya və İraqda döyüşüb. Kadrlarda "rus casusu" adlandırılan şəxs bu müddət ərzində Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığını etiraf edir.

Videoda İŞİD cəlladının üzü açıq olduğu görünür. O, rus dilində danışır və ilk baxışdan rusa bənzəyir.

Xatırladaq ki, bu ilin yanvarında İŞİD rus casusu olduqlarını etiraf edən daha iki nəfəri edam edib. Onlar da məhz rus dilində sorğu-sual edilmişdilər. Həmin şəxslərdən biri özünü Jambulat Mamayev kimi təqdim etmişdi. O, vəzifəsinin İŞİD-in planları barədə Federal Təhlükəsizlik Xidmətini məlumatlandırmaq olduğunu boynuna almışdı.

İkinci edam olunan Sergey Aşimov isə ona verilən tapşırığın İŞİD-in mövqeləri barədə informasiya ötürmək olduğunu bildirmişdi.

Diaspora