Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 59 milyon ABŞ dolları dəyərində 119,5 min ton bitum süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 134 milyon ABŞ dolları və ya 69,4 faiz, həcm baxımından isə 233 min ton və ya 66,9 faiz azdır.
Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 193 milyon ABŞ dolları həcmində 352,5 min bitum süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində 16,996 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları, yəni 18,8% və kəmiyyət baxımından 613 min ton, yəni 3,5% azdır.



