Maliyyə Nazirliyi: Maaş və təqaüdlərin ödənişində heç bir çətinlik yoxdur

Maliyyə Nazirliyi: Maaş və təqaüdlərin ödənişində heç bir çətinlik yoxdur backend

Bəzi kütləvi informasiya vasitələrində son vaxtlar guya bir sıra dövlət müəssisələrində maaş və müavinətlərin, tələbə təqaüdlərinin gecikdirilməsi ilə bağlı xəbərlər dərc olunub.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin yanvar-fevral ayları üzrə əmək haqları, müavinət, təqaüd, pensiya və bu yönümdən olan digər sosial tipli xərclərin maliyyələşdirilməsi tam həcmdə aparılıb.

“Cari dövrdə bu ödənişlərin icrasında heç bir çətinlik mövcud deyil. Mənbəyi bilinməyən və belə əsassız informasiyaya bəzi iqtisadçıların verdiyi şərhlər və açıqlamalar qərəzli, məsuliyyətsiz çıxışlardır və kökündən yanlışdır”, - deyə nazirlik bəyan edib.
Diaspora