Rusiyanın ərzaq məhsulları Amerika məhsullarını Çin bazarından fəal şəkildə sıxışdırır.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin yerli “Sohu” məlumat yayıb.
Müşahidəçilər bu vəziyyəti Moskvanın Vaşinqtonun sanksiyalarına unikal cavabı kimi səciyyələndirirlər.
Nəşr Pekin və Vaşinqton arasında ticarət mübahisəsi zamanı baş vermiş Rusiyanın çovdar ununun Çinə daşınmasına diqqət çəkir. Eyni zamanda, Rusiyanın Çinə ərzaq ixracı müxtəlif məhsul kateqoriyaları üzrə əhəmiyyətli artım nümayiş etdirib. Müəlliflər vurğulayırlar ki, Rusiya malları təkcə Amerikanın kənd təsərrüfatı məhsulları ilə deyil, digər ölkələrin malları ilə də uğurla rəqabət aparır.
“Tramp qəzəblidir. O, sosial mediada vaxt keçirib gileyləndiyi zaman, Amerika soyaları anbarlarda xarab olur, amma Rusiya ərzaqları Çinə gedir”, - nəşr qeyd edib.
QAZİLER.AZ