Əmtəə bazarlarında qızılın qiyməti düşüb

Əmtəə bazarlarında qızılın qiyməti düşüb backend

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 2,12% azalaraq 4 213,3 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 5,99% azalaraq 50,104 ABŞ dolları olub.