Avropa Komissiyası büdcədən maliyyələşməni Aİ üzv dövlətlərinin pensiya islahatları ilə əlaqələndirməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə TASS "Politico"ya istinadən məlumat yayıb.
“Avropa Komissiyası pensiya islahatlarını Aİ-nin növbəti iki trilyon avroluq büdcəsindən nağd ödənişlərlə əlaqələndirməyi nəzərdən keçirir”, - nəşr Brüsselin üç yüksək vəzifəli rəsmisinə istinadən yazır.
Xarici nəşr 2023-cü ilin məlumatlarına istinadən qeyd edir ki, Aİ təqaüdçülərinin 80%-i yalnız dövlət pensiyaları hesabına yaşayır və Aİ-də hər beş nəfərdən biri yoxsulluq həddində yaşayır.
Nəşrin mənbələrinə görə, Aİ paytaxtları öz ölkələri üçün tövsiyələrə məhəl qoymasalar, 2028-ci ildən etibarən yeni yeddiillik büdcə çərçivəsində müəyyən maliyyə vəsaiti ala bilməyəcəklər.
QAZİLER.AZ