Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə ayrılacaq vəsait açıqlanıb

Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə ayrılacaq vəsait açıqlanıb backend

Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə proqnozlaşdırılan vəsait açıqlanıb.

APA xəbər verir ki, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə öz əksini tapıb.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8714,8 milyon manat vəsait ayrılması proqnozlaşdırılır ki, bunun da xərclərdə xüsusi çəkisi 20,9 faiz təşkil edir.