"Hökumətlərin qeyri-məhdud miqdarda saxtalaşdıra və çap edə biləcəyi dollar kimi fiat valyutalarından fərqli olaraq kriptovalyuta enerjiyə əsaslanır".
Qaziler.az-ın məlumatına görə, “Bitcoin”ə dəstəyini ifadə amerikalı milyarder İlon Mask bu barədə “X” (Twitter) səhifəsində açıqlama verib.
Maskın bəyanatı hökumətlərin pul çap etməklə süni intellekt sahəsində silahlanma yarışını maliyyələşdirdiyini və bunun da öz növbəsində qızıl, gümüş və “Bitcoin”in qiymətlərini artırdığını iddia edən yazıya cavabı olub.
“Zerohedge” adlı istifadəçi “siz ancaq enerji çap edə bilməzsiniz” qeydini edib. “Tesla” və “SpaceX”in rəhbəri bu arqumentlə tam razılaşıb.
"Doğrudur. Ona görə də “Bitcoin” enerjiyə əsaslanır: siz saxta fiat valyutaları çap edə bilərsiniz və tarixdə hər bir hökumət bunu edib, amma siz enerjini saxtalaşdıra bilməzsiniz", - Mask cavab verib.
QAZİLER.AZ