İrandan OPEK-ə tələb

İrandan OPEK-ə tələb backend

İranın neft naziri Bican Namdar Zanqane OPEK-in baş katibinə məktub ünvanlayaraq kollektiv neft hasilatı kvotasına əməl edilməsini və əlavə hasilatın həcminin azaldılmasını tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.


Məlumata görə, bu barədə İranın Neft Nazirliyinin rəsmi nümayəndəsi Mehdi Asali bildirib və qeyd edib ki, nazir qeyd olunan məktubu OPEK-in dekabrın 4-də Vyanada keçiriləcək toplantısı ilə əlaqədar göndərib.

“OPEK-in 168-ci görüşü ərəfəsində İranın neft naziri OPEK-in baş katibi Abdulla Salam əl-Badriyə göndərdiyi məktubda OPEK-ə üzv olan ölkələrdən neft hasilatının həcmini 1,3 mln barel azaltmağı və hələ 2011-ci ildə müəyyən edilən 30 mln barel həcmində kvotaya əməl etməyi tələb edib.”, deyə Mehdi Asali bildirib.

Asalinin sözlərinə görə, hazırda OPEK-in gün ərzində neft hasilatının həcmi 31,3 mln barel təşkil edir. “Blumberq”in məlumatına görə, OPEK ölkələri noyabr ayı ərzində gündə 32,12 mln barel neft hasil ediblər.

Məktubda İranın neft naziri qeyd edib kİ, İranın üzərindən sanksiyalarının götürülməsi ərəfəsində OPEK hasilatın həcmini azaltmalıdır.
Diaspora