Türkiyənin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb

Türkiyənin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb backend

Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb.

Bu barədə Apa-nın Qəbələyə ezam olunmuş əməkdaşına özəl açıqlamasında Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

Ömer Bolat deyib ki, Türkiyə şirkətləri Qarabağın bərpası ilə bağlı 5 milyard dollarlıq layihələr həyata keçirir (Söhbət Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələrdə podratçı kimi iştirakından gedir-red.)