Avropa İttifaqı səlahiyyətliləri rublla dəstəklənən A7A5 stabilkoininə qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Potensial məhdudiyyətlər Aİ hüquqi şəxslərinin tokenlə (kripto valyuta) bağlı əməliyyatlarda iştirakına təsir göstərəcək. Aİ, həmçinin bu kriptovalyuta ilə bağlı əməliyyatlara görə Rusiya, Belarus və Mərkəzi Asiya ölkələrinin bir neçə bankına sanksiya tətbiq etmək niyyətindədir.
Nəşr qeyd edir ki, Brüssel avropalıların token əməliyyatlarında hər hansı birbaşa və ya dolayı iştirakını qadağan etmək istəyir.
QAZİLER.AZ