Hacıleyləkli avro buraxıldı

Hacıleyləkli avro buraxıldı backend

Latviya Milli Bankı bu il dekabrın 1-də üzərində yuva quran hacıleylək şəkli olan 2 avroliq xatirə sikkəsi buraxacaq. AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, təsvirin müəllifi rəssam Olqa Şilovadır. Sikkə Latviya ərazisində olduğu kimi, avrozonanın istənilən ölkəsində də qanuni ödəniş vasitəsi sayılır. Litva sikkəxanasında 1 milyon nüsxə tirajla hazırlanan sikkənin 10 mini xüsusi hədiyyəlik qablaşdırmadadır. Suvenir sikkənin qiyməti 7,30 avro təşkil edəcək.


Qeyd edək ki, Latviya Milli Bankı bir müddət əvvəl üzərində pişik olan beş avro nominalında kolleksiya sikkəsi buraxmışdı. Növbəti sikkənin üzərində inək təsvirinin olacağı gözlənilir.
Diaspora