Türkiyədən Orta Asiyaya gedən maşınlara “Xəzər dəhlizi”

Türkiyədən Orta Asiyaya gedən maşınlara “Xəzər dəhlizi” backend

Bundan sonra Türkiyədən Orta Asiyaya gedəcək yük maşınları Azərbaycandan keçməklə “Xəzər dəhlizi”ndən istifadə edəcəklər. Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti yazıb.

Qəzet qeyd edib ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Yükdaşımalar Birliyini məlumatlandırıb.

Belə ki, indiyə qədər Orta Asiya respublikalarına Rusiyadan keçməklə gedən Türkiyəyə məxsus yük maşınları bundan sonra Azərbaycandan keçməklə mənzil başına çatacaqlar.

Qəzet qeyd edib ki, Türkiyə ilə Rusiya arasında yaranmış gərginlikdən sonra Türkiyəyə məxsus yük maşınları Gürcüstandan Rusiyaya keçə bilməyiblər.

Məlumatda bildirilib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu məsələ ilə bağlı müraciətindən sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə məxsus yük maşınlarının Xəzər dəhlizindən istifadəsi üçün şərait yaradılmasına göstəriş verib.

Beynəlxalq Yükdaşımalar Birliyininin icraçı direktoru Fatih Şener Azərbaycan prezidentinə bu dəstəyə görə minnətdarlığını ifadə edib: “Azərbaycan əlacsız vəziyyətdə qalmış yük maşınlarımıza sahib çıxdı".

O bildirib ki, Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayan bu dəhlizin həmişə işləməsini arzu edirlər.

Diaspora