İkinci dərəcəli sanksiyalar ölkələr arasında ticarət əlaqələrinin möhkəmlənməsinə mane olur.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasiu Lula da Silva deyib.
“Ekstraterritorial tədbirlərin tətbiqi institutlarımızı təhdid edir, ikinci dərəcəli sanksiyalar dost ölkələr arasında ticarəti gücləndirmək azadlığımızı məhdudlaşdırır, “parçala və hökm sür” birtərəfli hərəkətlərin yeni strategiyasıdır və BRİKS əməkdaşlığın hər şeydən üstün olduğunu göstərməlidir”, - Braziliya lideri bildirib.
Qeyd edək ki, sentyabrın 7-də ABŞ prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyaların “ikinci mərhələsi”nə keçməyə hazır olduğunu bildirib.
QAZİLER.AZ