Azərbaycan Respublikası Hökumətinin müvafiq göstərişinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.
Bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.