Natiq Əliyev: “OPEK-də bizə heç kim qulaq asmır“

Natiq Əliyev: “OPEK-də bizə heç kim qulaq asmır“ backend

Azərbaycan OPEK-in növbəti iclasında iştirak etməyəcək. Bunu bu gün keçirdiyi brifinqdə energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev deyib ki, Azərbaycan bir neçə dəfə OPEK-in iclaslarında iştirak edib: "Mən OPEK-in iclaslarında iştirak etməkdə bir məna görmürəm. Orada nə bizi dinləyən var, nə də ki, hansısa qərarlara təsirimiz var. Sonda neft hasilatı kvotasının artırılıb-artırılmayacağı ilə bağlı qərar açıqlanır. Ona görə bu iclaslarda iştiraka böyük əhəmiyyət vermirəm. Orada hər hansı sensasiyalı qərar qəbul olunacağını da gözləmirəm". (APA).
Diaspora