Polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda torpağa tapşırılıb. Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları dəfn edilib.
APA-nın məlumatına görə, həlak olan polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev və daxili işlər nazirliyinin digər yüksək rütbəli şəxsləri iştirak edib.