Hindistanda rüsumların hansı sahələrə itkilər verəcəyi hesablanıb

Hindistanda rüsumların hansı sahələrə itkilər verəcəyi hesablanıb backend

ABŞ prezidenti Donald Trampın Hindistandan idxal olunan məhsullara tətbiq etdiyi rüsumlar onun ÜDM-ni 1% azaldacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ-nin tarifləri Hindistanın qiymətli daşlar və zərgərlik məmulatları, tekstil və ayaqqabı istehsalına zərbə vuracaq ki, bu da bu sahədə biznesin dayanmasına səbəb ola bilər. Amerikanın tətbiq etdiyi tariflər fonunda Hindistanın aktiv şəkildə alternativ bazarlar axtarmağa məcbur olacağı gözlənilir.

“Citigroup”un analitiki Samiran Çakraborti qeyd edib ki, ixrac "iqtisadi cəhətdən əlverişsiz" olacaq.

QAZİLER.AZ