Yeni sərhəd zastavası kompleksi istifadəyə verilib

Yeni sərhəd zastavası kompleksi istifadəyə verilib backend

Noyabrın 25-də Şəmkir Sərhəd Dəstə­si­nin mürək­kəb relyefə malik ərazidə yerləşən daha bir sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib. DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimdə Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Quliyev də iştirak edib.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəm­lən­məsi, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması qeyd edilib, yeni istifadəyə verilən sərhəd zastavasının bu ali dövləti qayğının növbəti təzahürü olduğu vurğulanıb. Tədbirdə, prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında tezliklə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə və həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanacağına əminlik ifadə edilib.

Mərasim iştirakçıları “Dəmirtəpə” sərhəd zastavası kompleksində yaradılmış şəraitlə tanış olublar.



Ən müasir tələblərə cavab verən sərhəd zas­ta­vasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yemək­xana, xüsusi təyinatlı otaqlar, təlim şəhərcikləri, nizami meydan, idman meydan­çaları, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib. Sərhəd zasta­vasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadan­lıqlarla tam təmin edilib.
Diaspora