Rusiyada neft istehsalçılarına 3 günlük qadağa qoyuldu

Rusiyada neft istehsalçılarına  3 günlük qadağa qoyuldu backend

Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün 2025-ci il avqustun 31-dək benzin ixracını məhdudlaşdırmaq qərarına gəlib.

Qaziler.az bildirir ki, Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, müvafiq qərar artıq imzalanıb.

“Hökumət benzinin ixracına tətbiq edilən məhdudiyyətləri 2025-ci il avqustun 31-dək birbaşa neft məhsulları istehsalçıları üçün uzadıb”, - mətbuat xidməti vurğulayıb.

Qeyd olunur ki, benzinin ixracına müvəqqəti qadağa qoyulması mövsümi tələbatın və kənd təsərrüfatı işlərinin yüksək olduğu dövrdə daxili yanacaq bazarında sabitliyi qorumaq məqsədi daşıyır. Əvvəllər qərar yalnız hasilatla məşğul olmayanlara - treyderlərə, neft bazalarına və istehsal gücü ildə 1 milyon tondan az yanacaq olan təşkilatlara şamil edilirdi.

QAZİLER.AZ