İŞİD terror qruplaşması Tunisin paytaxtında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin bütün dövlət idarələrində, hava limanlarında, səfirliklərdə, əsas avtomagistrallarda təhlükəsizlik tədbirləri gücləndirilib.
Terror aktı baş vermiş ərazidə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, noyabrın 24-də Tunisdə terrorçu-kamikadze minalanmış avtomobili avtobusa çırparaq partladıb, nəticədə 13 nəfər ölüb, 20 nəfər yaralanıb.