İyulun 24-də Hindistanın baş naziri Narendra Modinin səfəri zamanı Britaniya və Hindistan tekstildən viski və avtomobillərə qədər mallara tarifləri azaltmaq və bazara daha geniş çıxış imkanı vermək üçün azad ticarət sazişi imzalayıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə Reuters xəbər verir.
Azad ticarət sazişi ilə bağlı danışıqlar may ayında başa çatıb və hər iki tərəf ABŞ prezidenti Donald Trampın başlatdığı tarif qarışıqlığında razılaşma əldə etmək səylərini artırıb.
Dünyanın beşinci və altıncı ən böyük iqtisadiyyatları arasında imzalanan saziş 2040-cı ilə qədər ikitərəfli ticarəti əlavə olaraq 25,5 milyard funt-sterlinq (34 milyard dollar) artırmağı hədəfləyir. Bu, Böyük Britaniyanın 2020-ci ildə Avropa İttifaqından ayrıldıqdan sonra əldə etdiyi ən böyük ticarət razılaşmasıdır.
Bu, Hindistanın inkişaf etmiş iqtisadiyyatı ilə ən böyük strateji tərəfdaşlığıdır.
QAZİLER.AZ