"Hərbi geyimlər rus parçalarından tikilsin" - Duma sədri

"Hərbi geyimlər rus parçalarından tikilsin" - Duma sədri backend

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya yüngül sənayesini inkişaf etdirməli və hərbi geyimlərin tikilməsi üçün xaricdən parçalar almağı dayandırmalıdır.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, onun sözləri parlamentin aşağı palatasının saytında yer alıb.

Spikerin sözlərinə görə, yüngül sənayenin inkişafı ölkədə yeni iş yerlərinin açılmasına və texnologiyaların inkişafını təmin edəcək. O, qeyd edib ki, Rusiyada artıq yerli parçalardan hərbi geyimlərin tikilməsi üçün istehsal müəssisələri var, ona görə də xarici materiallardan imtina etmək olar.

"Pulumuzun başqa ölkələrin iqtisadiyyatına getməsi yanlışdır", - Volodin deyib.

QAZİLER.AZ