“Azərbaycanda ət bahalaşa bilər”

“Azərbaycanda ət bahalaşa bilər” backend

Xəbər verdiyimiz kimi, hərbi təyyarəsi vurulan Rusiya dekabrın 1-dən etibarən Türkiyədən ət məhsullarının idxalını dayandıracaq. Təkliflər var ki, Türkiyədən idxal olunan bütün ərzaq məhsullarına embarqo qoyulsun. Belə olduğu təqdirdə Rusiya bazarlarında qıtlıq yaranacaq və ölkə rəhbərliyi alternativlər axtaracaq.

QAZİLER.AZ xəbər verir ki, İqtisadçı-ekspert Samir Əliyev AzNews.az-a açıqlamasında Rusiyanın bu qərarının Azəbaycan üçün yeni qapılar aça biləcəyini zənn edir: “Bəyanatlar müxtəlifdir. Amma ümid edək ki, proses bir o qədər də qəlizləşməyəcək. Əgər belə hal baş verərsə, bu hər iki ölkə - Tükiyə və Rusiya üçün arzuolunmaz hal olacaq. Bu halda Rusiya alternativ mənbələrdən istifadə etməyə çalışacaq. Öncə diqqətə Asiya ölkələri gəlir. Rusiya çalışacaq ki, ayrı-ayrı ölkələrdən ət məhsulları alsın. Amerika, Braziliya, Hindistan, Avstraliya da ola bilər. Avstraliya kifayət qədər ət məhsuları ixrac edən ölkədir.

Sonra isə Azərbaycan üçün xüsusi qapılar açılır. Azərbaycan üçün bu bazara daxil olmaq şansı yaranır. Amma Azərbaycan bu şansdan istifadə edə biləcəkmi? Hazırdırmı bunu etməyə? Standartlar buna uğyun gəlirmi?”.

S.Əliyev hesab edir ki, bu qərar həmçinin Azərbaycan üçün ət məhsullarını ixrac etmək imkanı yaradır: “Azərbaycan Tükiyə kimi Rusiya bazarını təmin etmək iqtidarında deyil. Amma müəyyən bir bazar açıla bilər. Bu isə Azərbaycan üçün müəyyən qədər ixrac baxımından xeyrli olsa da, digər tərəfdən isə neqativ təsiri yarana bilər. Ölkədə qiymətlər qalxa bilər”.
Diaspora