Dolların indeksi ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli istefaya göndərmək planları məlum olduqdan sonra kəskin ucuzlaşmağa başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“TradingView”un məlumatına görə, bu indeks 98,210-a düşüb.
Bloomberg öz mənbələrinə istinadən yazır ki, ABŞ qanunvericilərinin FED rəhbərinin istefasını dəstəkləməsinə baxmayaraq, Trampın özü hələ bu məsələ ilə bağlı yekun qərar verməyib. Agentliyin məlumatına görə, iyulun 16-da axşam saatlarında Tramp Konqresdə Respublikaçılarla Pauellin işdən çıxarılması imkanını müzakirə edib.
Tramp dəfələrlə Fed rəhbərinin baza faiz dərəcəsini aşağı salmaqdan imtina etdiyi üçün Paueli tənqid edib. Ağ Evin rəhbəri əmindir ki, bu addım Amerika büdcəsinə ildə 1 trilyon dollara qədər qənaət etməyə kömək edə bilər.
QAZİLER.AZ