2025-ci ildə Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb

2025-ci ildə Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb backend

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 2132 ədəd minik avtomobili, 146 ədəd isə yük avtomobili istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 4.9% artıb, yük avtomobili istehsalı isə 47.1% azalıb.

Qeyd edək ki, cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 36 ədəd minik, 13 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 271 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.