Afrikanın 4 ən zəngin adamı qitə əhalisinin yarısından çox sərvətə sahibdir

Afrikanın 4 ən zəngin adamı qitə əhalisinin yarısından çox sərvətə sahibdir backend

Qlobal yoxsulluqla mübarizə təşkilatı “Oxfam”ın açıqladığı hesabata görə, Afrikanın ən zənginlərindən yalnız dördü 57,4 milyard dollarlıq sərvəti (təxminən 48,9 milyard avro) idarə edir. Bu, qitənin 750 milyondan çox əhalisinin təxminən 50 faizinin ümumi sərvətindən çoxdur.

Qaziler.az xəbər verir ki, hesabata görə, 2000-ci ildə qitədə milyarder olmayıb. Bu gün onların sayı 23 nəfərdir və onların ümumi sərvəti yalnız son beş ildə 56 faiz artaraq 112,6 milyard dollara çatıb.

“Oxfam” həmçinin hesab edir ki, afrikalıların ən zəngin 5 faizi təxminən 4 trilyon dollara sahibdir ki, bu da Afrikanın qalan hissəsinin ümumi sərvətindən iki dəfə çoxdur.

Araşdırmada vurğulanır ki, sosial bərabərsizliyin ən yüksək olduğu ölkələrin demək olar ki, yarısı Afrikada yerləşir.

QAZİLER.AZ