Avropa Komissiyası miqrantlarla bağlı problemləri həll etmək üçün Türkiyəyə 3 mlrd avro maliyyə yardımının ayrılmasını dəstəkləyib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “NewEurope” məlumat yayıb.
“Vəsaitlər 2016-cı ilin yanvarın 1-dən verilməyə başlayacaq”, deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Avropa Komissiyası miqrantlarla bağlı problemlərin həlli üçün Türkiyəyə 1 mlrd avro, Makedoniyaya isə 700 mln avro ayırmaq niyyətində olduğu barədə məlumat verilmişdi.