Avqustun 1-dən etibarən ABŞ Cənubi Afrika, Malayziya, Myanma və Laosa rüsumlar tətbiq edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində məlumat verib.
Belə ki, Amerika Birləşmiş Ştatları Laos və Myanmadan idxal edilən bütün məhsullara 40%, Cənubi Afrikadan idxala 30%, Malayziyadan gələn mallara isə 25% rüsum tətbiq edəcək.
Bundan əvvəl məlum olub ki, ABŞ avqustun 1-dən Yaponiya və Cənubi Koreyadan Amerika bazarına idxal olunan bütün mallara 25%-lik vahid tarif tətbiq edəcək.
QAZİLER.AZ