Rusiya və Azərbaycan bütün Cənubi Qafqaz üçün vacib olan birgə iqtisadi layihələrdə maraqlıdırlar.
Qaziler.az bildirir ki, bunu iyulun 1-də Rusiya Beynəlxalq Əlaqələr Şurasının (РСМД) eksperti Milan Lazoviç deyib.
“Rusiya ilə Azərbaycan arasında sabit münasibətlər bütün regional dinamika və Cənubi Qafqazda iqtisadi əlaqələr üçün vacibdir”, - o, Lenta.ru-ya müsahibəsində vurğulayıb.
Lazoviçin sözlərinə görə, belə layihələr arasında Azərbaycan ərazisindən keçən və Rusiya ilə Hindistanı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi seçilir. O əlavə edib ki, hazırda iki ölkə arasında münasibətlərdə emosiyalar üstünlük təşkil edir, lakin gələcək əməkdaşlığa ümid var.
QAZİLER.AZ