Ekspert Rusiya və Azərbaycanın iqtisadi layihələrdə ümumi maraqlarını qeyd edib

Ekspert Rusiya və Azərbaycanın iqtisadi layihələrdə ümumi maraqlarını qeyd edib backend

Rusiya və Azərbaycan bütün Cənubi Qafqaz üçün vacib olan birgə iqtisadi layihələrdə maraqlıdırlar.

Qaziler.az bildirir ki, bunu  iyulun 1-də Rusiya Beynəlxalq Əlaqələr Şurasının (РСМД) eksperti Milan Lazoviç deyib.

“Rusiya ilə Azərbaycan arasında sabit münasibətlər bütün regional dinamika və Cənubi Qafqazda iqtisadi əlaqələr üçün vacibdir”, - o, Lenta.ru-ya müsahibəsində vurğulayıb.

Lazoviçin sözlərinə görə, belə layihələr arasında Azərbaycan ərazisindən keçən və Rusiya ilə Hindistanı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi seçilir. O əlavə edib ki, hazırda iki ölkə arasında münasibətlərdə emosiyalar üstünlük təşkil edir, lakin gələcək əməkdaşlığa ümid var.

QAZİLER.AZ

Diaspora