Türkiyə-Suriya sərhədində türk qırıcıları tərəfindən vurulan təyyarənin pilotlarından birini əsir götürən türkmənlər ikinci pilotun öldüyünü açıqlayıblar. APA TV-nin CNN Türk-ə istinadən məlumatına görə, bir müddət əvvəl hər iki pilotun Suriya türkmənləri tərəfindən sağ ələ keçirildiyi bildirilib. Lakin yayılan kadrlarda pilotlardan birinin öldüyü görünür.
Xatırladaq ki, təyyarə havada vurulduqdan sonra pilotlar paraşütlə atılmağa macal tapıblar. Rus pilotların ələ keçirilməsi videoya alınıb və sosial şəbəkələrdə paylaşılıb.