Vurulan Rusiya təyyarəsinin pilotlarından birinin öldüyü bildirilir - FOTO

Vurulan Rusiya təyyarəsinin pilotlarından birinin öldüyü bildirilir - FOTO backend

Bu gün səhər Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus “Su24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin öldüyü xəbəri yayılıb.


APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, katapult edən pilotlardan birinin yerə düşərkən öldüyü, digərinin isə sağ qaldığı və türkmənlərin əlində olduğu bildirilir. Ölən pilotun fotosu da yayılıb.

Hazırda Rusiyaya məxsus 2 helikopter pilotları axtarır, lakin silahlı türkmənlər helikopterlərin yerə enməsinə imkan vermir. Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb.

Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində 2 Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir. Yaralılardan birinin xəstrəxanaya aparılaraq əməliyyat edildiyi, digərinin vəziyətinin isə qənaətbəxş olduğu xəbər verilib.
Diaspora