Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələri əsasında 18,293 mln. ton xam neft ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin dəyəri 7 589,1 mln. ABŞ dolları təşkil edib.
Bu il ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 10%, məbləği isə 53% az olub.Hesabat dövründə sayğac göstəriciləri əsasında boru kəmərləri və dəmiryolu nəqliyyatı ilə 28,127 mln. ton xam neft ixrac edilib.
Sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 0,3% az olub.
Bu ilin 10 ayında sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin 22,640 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.
Hesabat dövründə 3,550 mln. ton xam neft Bakı-Supsa boru kəməri, 1,102 mln. ton xam neft Şimal marşrutu (Bakı-Novorossiysk kəməri) ilə ixrac olunub. Eyni zamanda, dəmiryolu nəqliyyatı ilə 835,1 min ton xam neft nəql edilib.